Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45

Suriya hakimiyyəti oktyabrın 7-də hökumət qoşunlarının ölkənin mərkəzi rayonlarında yaraqlıların üzərinə əks-hücuma keçməsi barədə qərb agentliklərinin məlumatlarını təsdiqləyib.

Bu barədə Associated Press agentliyi adı çəkilməyən yüksək səlahiyyətli Suriya nümayəndəsinə istinadla xəbər verir.

Mənbənin məlumatına görə, əməliyyatlar Hama və İdlib əyalətlərində keçirilir.

Agentliyin məlumatına görə, Suriya ordusu Rusiyanın hava zərbələrindən sonra ilk dəfə olaraq əks-hücuma keçib.

Suriyanın “Sana” dövlət agentliyi hökumət qüvvələrinin İslam Dövləti qrupu və Əl Nüsrə cəbhəsinin mövqelərinə zərbələr endirdiyini xəbər verir.

Agentliyin məlumatına görə, yaraqlılar xeyli canlı qüvvə və hərbi texnika itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG