Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:21

“ABŞSuriya məsələsində Rusiya ilə hərbi əməkdaşlıqda razılaşmayıb, çünki onun strategiyası faciəvi şəkildə qüsurludur”.

Bunu ABŞ müdafiə naziri Ash Carter bəyan edib.

O oktyabrın 7-də Romada çıxış edərkən bir daha bildirib ki, Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatları İslam Dövləti qrupuna qarşı deyil və bu tamamilə səhv addımdır.

Amma müdafiə naziri mümkün təsadüfi toqquşmalardan qaçmaq üçün ABŞ-ın Moskva ilə texniki müzakirələrə hazır olduğunu vurğulayıb.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü Igor Konashenkov isə bildirib ki, Vaşinqtonun Moskva ilə İslam Dövləti qrupu ilə bağlı kəşfiyyat məlumatlarını boluşmək istəməməsi göstərir ki, o beynəlxalq terrorçuluqla mübarizədə əməkdşıqdan qaçmaq üçün bəhanə axtarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG