Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:05

Beynəlxalq Güləş Birliyi 2015-ci ilin sentyabrında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, siyahıya Azərbaycandan ümumilikdə10 güləşçi düşüb.

Azərbaycan güləşçilərinin ötən ay ABŞ-ın Las Veqas şəhərində keçirilən Dünya çempionatında qazandığı medallar və olimpiya lisenziyaları idmançıların reytinqinə təsir göstərib.

Belə ki, Dünya çempionatında qızıl medal qazanan ikiqat dünya çempionu Hacı Əliyev öz çəki dərəcəsində reytinqdə 1-ci sırada qərarlaşıb.

Çempionatın finalında məğlub olan Cəmaləddin Məhəmmədov ikinci, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov 3-cü, Olimpiya çempionları Toğrul Əsgərovla Şərif Şərifov isə 5-ci və 7-ci yerdə gəlirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG