Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:53

- Rusiyanın Tümen vilayətinin mədəniyyət departamentinin direktoru və Tümen Muzeyinin direktoru muzeydən üç rəsm əsərini götürüb, vilayətin qubernatoruna hədiyyə ediblər.

Muzeyin əməkdaşları bu haqda qubernator idarəsinin qəbul şöbəsinə mətbuatda açıq məktub yazıblar.

Heç bir sənədləşmə aparmadan qeyri-qanuni götürülən üç əsər tümenli rəssam Yuri Rıbyakovun əsərləridir.

Rəssam Yuri Rıbyakov özü bunu “cinayət” adlanrıb. “Sonradan iki əsəri mənə qaytardılar, biri isə onlarda qaldı. O əsər Moskvada 1986-cı ildə ümumittifaq sərgisində sərgilənmiş nadir əsərdir. Məndən soruşmadan aparıblar.”

Muzey əməkdaşlarının açıq məktubunda o da deyilir ki, sentyabrın əvvəlində həmin iki məmur muzeyin əsas fondundan bir rəsm və üç qravür görürüb, “LUKOil – Qərbi Sibir” şirkətinə hədiyyə aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG