Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:48

Oktyabrın 10-da futbol üzrə "Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Azərbaycan - İtaliya görüşünün hakimləri müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Bakı Olimpiya stadionunda keçiriləcək görüşün baş hakimi şotlandiyalı Uilyam Kollam olacaq.

Ona irlandiyalı Damien Makqreys və fransalı Franksis Konnor köməklik edəcək. Dördüncü hakim funksiyasını isə şotlandiyalı Alastair Mazer yerinə yetirəcək.

Azərbaycan - İtaliya oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG