Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:31

Pentaqon Əfqanıstanın Kunduz şəhərindəki mərkəzi xəstəxananın səhvən bombalandığını bəyan edib.

Ötən şənbə günü xəstəxananın bombalanması nəticəsində xəstələr və həkimlər də daxil olmaqla 22 nəfər ölüb.

Əfqanıstandakı koalisiya qüvvələrinin amerikalı komandanı generalJohn Campbell bildirib ki, xəstəxana havadan kömək istəyən Əfqanıstan qüvvələrinin müraciətindən sonra bombalanıb.

Pentaqonun rhbəri Ash Carter bundan əvvəl baş verən insidentdən dərin təəssüf bildirmişdi.

Əfqanıstanın hökumət qüvvələri bu günlərdə şəhəri talibançılardan geri alsalar da , şəhərdə hələ də atışmalar olduğu xəbər verilir.

Beynəlxalq humanitar təşkilatların hamısı şəhəri tərk ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG