Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:26

Twitter gündəmini izləmək asanlaşır


Twitter Moments
Twitter Moments

-

«Twitter» istifadəçilərinin sayı artdıqca, izlənilən insanların sayı da artır. Buna görə də, «Twitter» gündəmini izləmək çox vaxt ala bilər.

Sosial şəbəkə bütün bunları düşünərək «Moments» adlı yeniliyini təqdim edib.

«Moments» «Twitter» gündəmi ilə bağlı populyar videoları, fotoları, xəbərləri bir yerə toplayacaq.

Haştaq sistemindən fərqli olaraq, mövzu ilə bağlı bütün fotoları, xəbərləri, videoları bir bölmədə, kateqoriyalara ayrılmış halda görə biləcəksən. İzləmədiyin şəxslərin də mövzu ilə bağlı yenilikləri bu bölmədə yer alacaq.

Yenilik əvvəlcə mobil platformalar üçün təqdim olunacaq.

XS
SM
MD
LG