Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:12

-

Bütün beynəlxalq yardım təşkilatları Əfqanıstanın Kunduz şəhərini tərk ediblər. Məlumatı oktyabrın 6-da BMT yayıb. Səbəb Kunduzda ağır döyüşlərin davam etməsi və xəstəxananın təsadüfən bombalanmasıdır.

“Hazırda Kunduzda heç bir humanitar agentlik qalmayıb,” BMT-nin humanitar agentliyinin sözçüsü Jens Laerke deyib. “BMT-nin iki qurumu, 4 milli qeyri-hökumət təşkilatı və 10 beynəlxalq QHT münaqişəyə görə müvəqqəti olaraq yerini dəyişib”.
Bu arada Taliban hücumlarını gücləndirib, polis qərargahına, hökumət binalarına hücum edib. Cəmi bir neçə gün əvvəl hökumət şəhərə nəzarət etdiyini bildirirdi. Talibançılardan bəziləri şəhər mərkəzinə doğru irəliləməyə çalışır, ancaq ağır döyüşlərdən sonra geri çəkilməli olur.

Ötən şənbə ABŞ koalisiyası təsadüfən Sərhədsiz Həkimlər təşkilatının xəstəxanasına zərbə endirib, azı 22 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG