Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:59

-

Rusiya və Səudiyyə Ərəbistanı ötən həftə neft bazarını müzakirə edib və məsləhətləşmələri davam etdirməyə razılaşıb. Bunu Rusiyanın enerji naziri Alexander Novak oktyabrın 6-da deyib.

Hazırda dünyanın ən böyük neft istehsalçısı olan Rusiya əvvəllər rəqibi Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan imtina edib. Səudiyyə OPEK-də neft istehsalına görə birinci yerdədir. Ötən il neftin qiymətinin düşməsi Rusiya iqtisadiyyatını laxladıb, hökumətin gəlirlərini azaldıb.

Novak ilk dəfə olaraq ötən həftəsonu deyib ki, OPEK-lə görüşə hazırdır. Nəticədə oktyabrın 5-də neftin qiyməti qalxıb.

Yeni açıqlama isə oktyabrın 6-da qiymətləri biraz da qaldırıb. London birjasında Brent neftinin bareli 50 dolları keçib və qiymət 51.92 dollarla yekunlaşıb.

Novak-ın sözlərinə görə, ötən həftə Türkiyədə Səudiyyənin Neft naziri Ali al-Naimi ilə görüşüb neft tələbatını, istehsalını, Birləşmiş Ştatlarda şist nefti inqilabını müzakirə edib. Tərəflər razılaşıblar ki, məsləhətləşmələri davam etdirsinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG