Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:33

-

“2016-cı il iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik”.
Bunu prezident İlham Əliyev oktyabrın 6-da Göyçayda rayon mərkəzi xəstəxanasının açılışındakı çıxışında deyib.

Xəbəri president.az saytı yayıb.

Prezident ölkənin inkişafı üçün problem görmədiyini də bildirib: “Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq”.

Prezident Azərbaycandakı vəziyyəti Avropa ölkələri ilə müqayisə edib: “Bizim region, Orta Şərq, Avropa böhran içindədir. İndi bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. O ölkələr bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Ancaq bizim bəyan etdiyimiz dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq, sosial-iqtisadi inkişaf və öz gücümüzə güvənməyimiz bizim inkişafımızı şərtləndirən əsas amillərdir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG