Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:51

Qondarma “Donetsk və Luqansk respublikalarının” başçıları nəzarətlərində olan ərazidə seçkiləri təxirə salmaq qərarına gəliblər.

Ukraynadan alınan xəbərlərdə deyilir ki, qondarma “Donetsk və Luqansk respublikalarının” başçıları nəzarətlərində olan ərazidə seçkiləri təxirə salmaq qərarına gəliblər.

Rəsmi Kiyev bu seçkilərin keçirilməsinə etiraz edirdi.

Seçkilərin gələn il keçiriləcəyi bildirilib.

Bu seçkilərin ləğvinin zəruriliyi barədə Parisdə keçirilən dördtərəfli danışıqlarda bəyan edilmişdi.

Rusiyanın xarici işlər naziri Lavrov Fransa, Almaniya və Ukrayna nümayəndələrinə bu barədə DXR və LXR-in başçıları ilə danışacağını vəd etmişdi.

Ukrayna prezidenti Petro Poroşenko bu qərarı salamlayıb və bildirib ki, indi Donbasın Ukraynanın qanunları altına gətirilməsi üçün real imkan yaranıb.

Bir sıra təhlilçilər bildirirlər ki, başı Suriyaya qarışan Rusiya Ukraynada nisbi sakitliyin yaranmasına çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG