Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:13

İttihamda deyilir ki, John Ashe Çin milyarderindən 1, 3 milyon dollarlıq rüşvət alıb.

ABŞ hakimiyyət orqanları BMT Baş Assambleyasının keçmiş sədrinə qarşı rüşvət ittihamı irəli sürüb.

İttihamda deyilir ki, John Ashe Çin milyarderindən 1, 3 milyon dollarlıq rüşvət alıb.

Nyu York prokurorluğunun ittihamnaməsinə görə “John Ashe BMT-ni qazanc mənbəyinə çeviribmiş”.

O, milyarder Ng Lap Senqə hökumət kontraktları əldə etməkdə yardımçılıq edib.

BMT-nin baş katibi Ban Ki-moon ittiham xəbərlərindən “dərin sarsıntı və narahatlıq” keçirdiyini bildirib.

“John Ashe özünü və rəhbərlik etdiyi qlobal təşkilatı Rolex saatlarına, basketbol meydançasına və bahalı kostyumlara satıb” – deyib ABŞ federal prokuroru Preet Bharara.

Prokurorlar bildirirlər ki, John Ashe BMT-nin Antiqua və Barbuda səfiri və Baş Assambleyanın sədri vəzifələrindən BMT üçün konfrans mərkəzinin tikintisinə dair kontraktın cənab Ng-ya verilməsi üçün sui-istifadə edib.

Cənab Ashe həmçinin vergidən yayınmada ittiham olunur.

John Ashe çərşənbə axşamı həbs edilib. Cənab Ng və başqa beş nəfər də saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG