Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:22

Rusiyada yaxta sahibliyi dövlət sirri ola bilər


Rusiya prezidenti Putinə aid edilən superyaxta

Rusiya prezidenti Putinə aid edilən superyaxta

Federal Təhqiqatlar Xidmətinin hazırladığı qanun layihəsində deyilir ki, belə informasiyaya giriş imkanına, vətəndaş fəalları yox, “səlahiyyətli orqanlar” malik olmalıdırlar.

Rusiya hökumətinin qanun yaradıcılığı komissiyası daşınmaz mülkiyyət, yaxta və təyyarə sahiblərinin kimliyi barədə informasiyanın açıqlanmasını məhdudlaşdıran qanun layihəsini bəyənib.

Federal Təhqiqatlar Xidmətinin hazırladığı qanun layihəsində deyilir ki, belə informasiyaya giriş imkanına, vətəndaş fəalları yox, “səlahiyyətli orqanlar” malik olmalıdırlar.

Hazırda Rusiyanın daşınmaz mülkiyyət üzrə vahid dövlət reyestri açıqdır.

Belə informasiyanın məxfiləşdirilməsinin zəruriliyi barədə məlumatı hakim Vahid Rusiya partiyasından millət vəkili Dmitri Vyatkin TASS agentliyinə bildirib.

Müxalifət bu fikridədir ki, mülkiyyət sahibliyinə dair informasiyanın məhdudlaşdırılması korrupsiyanın faş olunmasına maneçilik törətmək məqsədi güdür.

Sentyabr ayında “Korrupsiya ilə Mübarizə Fondu” Rusiya prezidenti Putinin sözçüsü Dmitri Peskovun arvadının adında olduğu iddia edilən mülkiyyət barədə məlumat yaymışdı.

Sosial mediada sözügedən qanunu artıq “Peskov qanunu” adlandırmağa başlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG