Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:06

Ukrayna parlamenti xaricilərin Ukrayna ordusunda xidmət edə bilməsini leqallaşdıran qanun layihəsi qəbul edib.

Qanun oktyabrın 6-da ikinci oxunuşda qəbul edilib.

Qanun layihəsi təsdiq olunmaq üçün prezident Petro Poroshenkoya göndərilməzdən əvvəl bir daha səsə qoyulmalıdır.

Qanun layihəsinə əsasən Ukrayna ordusunda xidmət edən və ya xidmət etmiş xarici vətəndaşlar əvvəlki kimi 5 il yox,3 il müddətinə vətəndaşlıq ala biləcək.

Hazırda Ukrayna ordusunda xeyli xarici könüllü xidmət edir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 8900-dən çox adam ölüb.

Son vaxtlar təmas xəttində sakitlik müşahidə olunur və tərəflər ağır silahları geri çəkməyə başlayıblar.

Kiyevlə Qərb Moskvanı separatçıları dəstəkləməkdə günahlandırırlar.

Moskva ittihamı rədd edir.

XS
SM
MD
LG