Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:01

-

«Kainat» Gənclik Mərkəzi növbəti VII Beynəlxalq Uşaq Muğam Festivalına hazırlığı yekunlaşdırıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mərkəzə istinadla yaydığı xəbərə görə,Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə gerçəkləşəcək festivalın baş sponsoru «PAŞA Bank»dır.

Xəbərdə deyilir ki, oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan da daxil olmaqla 8 ölkə (İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə) təmsilçilərinin iştirakı ilə qaliblərin yekun konserti və mükafatlandırılma mərasimi keçiriləcək.

Hər ölkəni iştirakçı ilə yanaşı, təmsil edəcək bir mütəxəssis, eyni zamanda beynəlmiləl tərkibli münsiflər heyətinin üzvü olacaq.

Gənc muğam ifaçılarının çıxışları Xalq Artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Festivalda bir baş mükafat - Qran-pri, bir 1-ci, iki 2-ci və iki 3-cü yerlər, eləcə də,5 həvəsləndirici mükafat və xüsusi mükafatlar nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG