Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37

Avropa Şurasının prezidenti Donald TuskAvropa Birliyinə xəbərdarlıq edib ki, Suriyadan əlavə milyonlarla qaçqın gələ bilər.

O oktyabrın 6-da şuranın Strasburqda keçirilən iclasında deyib ki, Türkiyənin hesablamaasına görə, təkcə Hələb və ona yaxın ərazilərdən əlavə 3 milyon qaçqın gələ bilər.

O belə bir bəyanatla bir gün əvvəl Brüsseldə Türkiyə prezidenti Recep Tayyip Erdoganla bu məsələnin müzakirəsindən sonra çıxış edib.

Hazırda təkcə Türkiyədə 2 milyona yaxın suriyalı qaçqın var.

Həmçinin 2015-ci ildə Yunanıstandan Avropa Birliyi ölkələrinə 10 minlərlə qaçqın keçib.

Tusk qeyd edib ki, dünya bu məsələdə Avropaya kömək etmək fikrində deyil və birliyin bir sıra qonşuları bizim üzləşdiyimiz çətinlikdən həzz alırlar.

Hesablamalara görə 20111-ci ildən bu yana Suriya müharibəsində 250 min adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG