Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:15

-

Azərbaycanda soyadı olmayan şəxsin deputatlığa namizədliyi qeydə alınıb.

Report-un məlumatına görə, 121 saylı Laçın Seçki Dairəsindən XXX Natəvan Zahir qızı deputatlığa namizədliyini irəli sürüb. Dairə Seçki Komissiyası onun namizədliyini qeydə alıb.

Bitərəf namizəd olan XXX Natəvan Laçın rayon 37 saylı tam orta məktəbində müəllim işləyir.

121 saylı Laçın Dairə Seçki Komissiyasının sədri Hüseyn Səfərov Report-a açıqlamasında deyib ki, namizədin komissiyaya təqdim etdiyi şəxsiyyəti təsdiq edən sənəddə soyadı XXX yazılıb: «Natəvan xanımın bizə təqdim olunan sənəddə soyadı XXX göstərilib. Biz də soyadı olduğu kimi qeydə alınan namizədlərin siyahısına daxil etmişik».

121 saylı dairədə 10 nəfərin namizədliyi qeydə alınıb.

Azərbaycanda parlament seçkiləri bu ilin noyabrın 1-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG