Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:32

-

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar-ı qəbul edib.

Z.Həsənov iki ölkə arasında hərbi işbirliyinin inkişafındakı xidmətlərinə görə türkiyəli generala «Hərbi əməkdaşlıq ali xidmət medalı»nı təqdim edib.

«Bu medalı Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nişanəsi olaraq, daima qəlbimin üzərində daşıyacağam», - deyə H.Akar bildirib.

H.Akar Azərbaycan Silahlı Qüvvələrinə uğurlarının davam etməsini arzulayıb.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığa dair məsələləri müzakirə edib.

Hulusi Akar-ın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 5-dən Azərbaycandadır. Səfər ayın 7-də başa çatacaq.

Hulusi Akar-ı prezident İlham Əliyev də qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG