Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:28

Polisin səlahiyyətləri artırılır


Polis.
Polis.

-

Milli Məclisin oktyabrın 6-da keçirilən plenar iclasında «Polis haqqında» qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

apa-nın məlumatına görə, «Polis haqqında» qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni bənd əlavə edilib. Həmin bəndə əsasən, kütləvi tədbirlər və yarışlar zamanı idman obyektlərində, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında təhlükəsizliyi, ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

XS
SM
MD
LG