Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:17

-

Azərbaycanda bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi üçün icra hakimiyyəti orqanının rəyini almaq lazım olacaq.

report.az xəbər verir ki, Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında «Kütləvi informasiya vasitələri haqqında» Qanuna bununla bağlı müddəa əlavə edilib.

Qanunun 14-cü - kütləvi informasiya vasitəsinin təsis edilməsi maddəsinə edilən əlavəyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı dini mətbu nəşrin yaradılmasına dair rəyini bildirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG