Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:50

-

«Qəbələ» futbol klubunun baş məşqçisi Roman Grigorchuk Qurban Qurbanovun «penalti qərarı»na münasibət bildirib.

ANS-in məlumatına görə, ukraynalı mütəxəssis «Xəzər Lənkəran»la oyundan sonra bunları deyib:

«Mənim Qurbana çox böyük hörmətim var. Onunla danışmışam, çox peşəkar insandır. Belə addım atması onu lap yüksəklərə qaldırır. Bunu hakimlərə hörmətsizlik kimi yox, futbol adına böyük hadisə kimi qəbul etmək lazımdır. Bu barədə hətta Avropada danışacaqlar. «Qarabağ» kimi komandaya və belə məşqçiyə heç kimin köməyi lazım deyil. Eləcədə bizə. Sadəcə, düzgünlük olsun və biz işimizin bəhrəsini meydançada görək».

Premyer Liqanın «İnter»-«Qarabağ» oyununda hakim yanlış penalti verib. Qarşılaşmanın baş hakimi Elvin Əsgərov 90-cı dəqiqədə Georgi Lomaya-nın Reynaldo Silva-ya qarşı kobud oynadığını əsas gətirərək penalti təyin edib. Lakin «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Elvin Məmmədova topu tora göndərməməyi tapşırıb. Futbolçu da baş məşqçinin tapşırığına əməl edərək topu qapıdan keçirməyib.

Qurban Qurbanovun bu davranışı sosial şəbəkələrdə də yüksək dəyərləndirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG