Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:06

Yəməndə otelə raket atılıb


Yəməndə dağıdılmış məscid, arxiv fotosu

Yəməndə dağıdılmış məscid, arxiv fotosu

-

Yəmənin Ədən şəhərində hökumət üzvlərinin qaldığı oteldə oktyabrın 6-da yanğın başlayıb. Səbəb otelə raketlərin atılmasıdır. Bunu şahidlər al-Arabiya televiziyasına deyiblər.

Frans Pres agentliyi hücumda ölənlərin yaralananların olduğunu bildirir. Həmin oteldə qalan Prezident Abd-Rabbu Mansour Hadi, baş nazir Khaled Bahah və ya digər hökumət rəsmilərinin xəsarət alıb-almaması bəlli deyil.

Bahah və digər nazirlər Ədəndə oturur. Burası iyulun ortalarında şiə husi yaraqlılarından alınıb və Yəmənin əyalət paytaxtı elan olunub. Rəsmilər o vaxtadək altı ay Səudiyyə ərəbistanında sürgündə qalıblar.

Şahidlər Al-Qasr otelindən tüstü qalxdığını deyirlər.

Hadisə yerinə təcili yardım, mülki müdafiə qüvvələri gəlib. Raketlərin otelin girişinə düşdüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG