Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:11

-

Hazırda BMT, NATO və Əfqanıstan Kunduzda xəstəxanaya hava zərbəsini araşdırır. Rəsmilərin fikrincə, hal-hazırda BMT istintaqı lüzumsuzdur.

BMT-nin baş katibi Ban Ki-moon ötən həftəsonu deyib ki, oktyabrın 3-dəki insident “tərəfsiz” şəkildə araşdırılmalıdır. Sözçüsü Stephane Dujarric isə oktyabrın 5-də söyləyib ki, gərək öncə digər istintaqlar yekunlaşsın.

Diplomatik mənbələr də ABŞ və NATO-nun etibarlı təhqiqat aparmaq gücündə olduğunu bəyan ediblər.

Ancaq BMT o zaman araşdırma aparır ki, insident hərbi cinayət sayılsın, dinc vətəndaşlar qəsdən, sistematik hədəfə alınsın.

Kunduzda Sərhədsiz Həkimlər təşkilatının (MSF) xəstəxanasına ötən şənbə günü zərbə dəyib, azı 22 nəfər həlak olub. ABŞ hadisəni təsadüfi və “faciəvi” adlandırıb.

Pentaqon bildirib ki, Taliban hücumuna məruz qalan əfqan qüvvələri bu zərbənin endirilməsini istəyib.

MSF hadisəyə hərbi cinayət deyir, bunun üçün Birləşmiş Ştatların məsuliyyət daşıdığını bildirir və hərtərəfli və şəffaf təhqiqat tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG