Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:08

-

Oktyabrın 5-də Türkiyə prezidenti Recep Tayyip Erdogan Avropanın yüksək rütbəli rəsmiləri ilə Brüsseldə miqrant böhranını önləməyin yollarını müzakirə ediblər.

Avropa Birliyi Erdogan-ı miqrant axınını dayandırmaq üçün daha çox iş görməyə çağırıb. Türkiyədən keçən yüzminlərlə qaçqın Avropanın sahillərinə çatıb.

“Sözsüz, Avropa sərhədlərini daha yaxşı qorumalıdır. Türkiyədən də eyni şeyi gözləyirik,” Erdogan-la yanaşı dayanmış AB prezidenti Donald Tusk deyib.

Türkiyə lideri isə israr edib ki, ölkəsi bu problemin yükünü üzərinə götürüb, hazırda ərazisində 2 milyonadək suriyalı qaçqın var və Brüssel daha çox işləməlidir.

Bu arada Almaniya bu il milyon yarım qaçqını qəbul edəcəyini bildirib. Oktyabrın 5-də axşam minlərlə alman Drezdendə küçələrə çıxıb, Almaniya kansleri Angela Merkel-i bu qədər qaçqını qəbul etdiyinə görə “alman xalqına qarşı xəyanət və cinayətlərdə” ittiham edib.

“Bu iş milyon yarım, yaxud 2 milyonla da qurtaran deyil,” yürüşün təşkilatçısı, antiislam PEGIDA hərəkatının həmtəsisçisi Lutz Bachmann deyib: “Arvadları gələcək, bir, iki, üç uşaqları gələcək. Bu adamları inteqrasiya etmək mümkünsüzdür”.

Günün bütün mövzuları

XS
SM
MD
LG