Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:16

Ukraynada silahlar geri çəkilir


ATƏT tankların çıxarılmasını monitorinq edir, 5 oktyabr, 2015-ci il

ATƏT tankların çıxarılmasını monitorinq edir, 5 oktyabr, 2015-ci il

-

Ukraynada hökumət qüvvələri və rusiyapərəst separatçılar cəbhə xəttindən kiçik kalibrli silahları geri çəkməyə başlayıblar. Ordunun sözçüsü Ruslan Tkachuk deyib ki, “cəbhə xəttindən sinxronlaşdırılmış geriçəkilmə” oktyabrın 5-də Luqanskda başlanıb, tanklar, minaatanlar çıxarılır.
Luqanskdakı üsyançılar da silahların çıxarıldığını təsdiqləyib. Daha sonra Donetskdəki separatçı qüvvələrin cəbhə xəttindən silahları çəkəcəyi gözlənir.

Kalibri 100 mm-dən az olan silahlar 41 gün ərzində 15 kilometrlik məsafəyə çəkilməlidir.

Bu geriçəkmə fevralda imzalanmış Minsk atəşkəs sazişinin bir hissəsidir. Ötən ilin aprelindən bəri Ukraynanın şərqində separatçılarla hökumət qüvvələrinin toqquşmalarında 7 min 900-dən çox ölən olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG