Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 03:58

-

Oktyabrın 6-dan bəzi marşrut avtobuslarının istiqamətlərində dəyişiklik edilir. Bu, “Baku Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobuslarının fəaliyyətə başlaması ilə əlaqədardır.

“Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının təşkili” MMC-dən "Report"a verilən məlumata görə, 88 saylı marşrut avtobusu əvvəl Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, bundan sonra Azadlıq prospektindən 28 may metrostansiyasına kimi işləyəcək.

Həmçinin, 37 saylı marşrut avtobusu əvvəllər “Avtovağzal- İçərişəhər” metrostansiyaları – 20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi “Avtovağzal”dan “İçərişəhər”ə kimi hərəkət edəcək.

13 saylı marşrut avtobusu isə fəaliyyətini dayandırır. Bu marşrut avtobusu "Baku Bus" MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG