Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:08

NATO Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozmasını ittiham edib, bunun təhlükəli və məsuliyyətsiz addım olduğunu bildirib.

NATO oktyabrın 5-də keçirdiyi təcili iclasdan sonra bildirib ki, müttəfiqlər Türkiyənin suveren hava məkanının pozulmasına qəti etiraz bildirib və bu addımı təşkilatın hava məkanının pozulması kimi qiymətləndirib.

Alyans Moskvadan həmçinin Suriyada hava əməliyyatlarının dayandırılmasını tələb edib.

Türkiyənin xarici işlər nazirliyi bundan əvvəl Rusiya hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu bildirçişdi.

Rusiyanın Türkiyədəki səfiri Andrei Karlov buna görə naziriyə çağırılıb.

İnsident oktyabrın 3-də Türkiyə-Suriya sərhədində qeydə alınıb.

Məlumata görə Türkiyənin F-16 təyyarələri Rusiya təyyarəsini geri dönməyə məcbur edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG