Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:14

Ukraynanın şərqindəki qondarma Donbas respublikasə bəyan edib ki, yerli seçkilərin vaxtı o vaxt dəyişdirilə bilər ki, Ukrayna qanunvericiliyində müvafiq düzəliş edilsin.

Bu barədə İnterfaks agentliyi Ukrayna münaqişəsinin həlli ilə bağlı 3 tərəfli əlaqə qrupuna istinadla xəbər verir.

Mənbədən agentliyə bildirilib ki, Dönbas münaqişəsində iştirak edənlərə amnistiya elan edilməsi seçkinin vaxtının təxirə salınmasında əsas şərtlərdən biridir.

Bundan başqa mənbənin məlumatına görə, hazırkı Ukrayna qanunvericiliyi ölkənin şərqindəki separatçı regionların nümayəndələrinin seçki prosesində iştirakına imkan vermir.

Buna görə də Donbasda seçkinin vaxtını dəyişmək üçün qanunvericiliyə dəyişiklik edilməlidir-deyə məlumatda bildirilir.

Mənbə agentliyə seçkilərin başqa vaxta keçirilməsi ilə bağlı artıq layihə hazırlandığını bildirib.

Amma tarix barədə məlumat verilmir.

Ukraynada yerli seçkilər oktyabrın 25-nə təyin edilib.

Ölkənin şərqindəki separatçılar isə seçkini başqa vaxta təyin ediblər.

Donbasda seçki oktyabrın 18-nə, Luqanskda isə noyabrın 1-nə təyin edilib.

Separatçılar sentyabrın sonunda Donbasda seçkilərin 2016-cı il fevralın 21-də keçirilməsini təklif ediblər.

Amma Kiyevlə Qərb Donbasda seçkilərin Ukraynanın digər regionları ilə eyni vaxtda keçirilməsini təkid edirlər.

Bundan imtina Rusiyaya qarşı beynəlxalq sanksiyaların kəskinləşdirilməsi ilə nəticələnə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG