Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

ABŞ müdafiə naziri Ash Carter Rusiyanın Suriyada uduzulmuş strategiya yeritdiyini bəyan edib.

Carter oktyabrın 5-də Madriddə bildirib ki, Rusiya Suriyada vətəndaş müharibəsini gərginləşdirib.

Amma nazir ümid edir ki, Rusiya prezidenti Vladimir Putin İslam Dövləti qrupu təhlükəsinə qarşı mübarizə aparmaq qərarına gələcək və Suriya rejiminə qarşı mübarizə aparan müxalifətin mövqelərinin bombalanmasını dayandıracaq.

Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatlarına başlayıb.

Moskva əsas hədəfin İslam Dövləti qrupu olduğunu deyir.

Amma ABŞ-da daxil olmaqla bir sıra ölkələrlə beynəlxalq müşahidəçilər bildirir ki, Rusiya təyyarələri Asssad rejimini möhkəmləndirmək üçün üsyançı qrupların da mövqelərini bombalayır.

ABŞ müdafiə naziri Ash Carter İslam Dövləti qrupu ilə mübarizədə Vaşinqtonun müttəfiqləri ilə danışıqlar aparmaq üçün Avropaya 5 günlük səfərə çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG