Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:36

Kiyev Donbasdakı təmas xəttindən ağır silahların çıxarılmasına başlayıb.

Bu barədə “112 Ukrayna” televiziyasına ölkənin şərqindəki xüsusi əməliyyatlarla bağlı baş qərargahın sözçüsü Anatoliy Stelmakh məlumat verib.

Kiyev bundan əvvəl bildirmişdi ki, ATƏT müşahidəçilərinin iştirakı ilə təmas xəttindən 15 kilometr geri çıxardılacaq silahların siyahısı hazırlanır.

Proses 41 gün ərzində həyata keçiriləcək.

Söhbət təkcə artilleriya qurğularından yox, həm də tank və minaatanlardan gedir.

Həmçinin separatçı Luqansk rejimi oktyabrın 3-dən Donbasdakı təmas xəttindən ağır silahların çıxarılmasına başlayıb.

Digər separatçı nölgə Donetsk isə prosesə yalnız oktyabrın 18-dən başlayacağını bəyan edib.

Prosesi ATƏT-in missiyası müşahidə edəcək.

Ukrayna prezidenti Petro Poroshenko oktyabrın 2-də Paris görüşündən sonra oktyabrın 3-dən ağır silahların təmas xəttindən geri çıxardılacağını vəd etmişdi.

Razılaşma sentyabrın 29-da əlaqə qrupunun Minskdə keçirilən görüşündə imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG