Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:24

-

Oktyabrın 5-nə keçən gecə yağan güclü yağış Mingəçevirin bir çox küçələrində iflic vəziyyəti yaradıb.

Bu barədə musavat.com-a Mingəçevir sakinləri məlumat verib.

Bildirilir ki, səhər saatlarında şəhərin küçələrində yaranmış keçilməz su gölməçələri üzündən işə, dərsə gedən şagirdlər N.Nərimanov, A. Məmmədov, Nizami küçələrində yollarda qalıb.

apa bildirir ki, Goranboyda yağan güclü leysan rayon ərazisindən axan Qaraçayda suyun səviyyəsini 4 metrədək artırıb. Rayonun Veyisli, Səfikürd kəndlərində yaşayış evlərinin zirzəmilərinə su dolub. Rayon icra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elçin Cahangirovun verdiyi məlumata görə, gecə saatlarında rayonun bütün qüvvələri səfərbər edilib, çayda daşqının qarşısı alınıb.

E.Cahangirov bildirib ki, güclü leysan nəticəsində evlərin zirzəmisinə dolan su FHN-in yerli qurumlarının iştirakı ilə təmizlənib.

Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 3-dən ölkədə yağışların başlanacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG