Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:40

İ.Əliyevin kasasiya şikayətinə baxılacaq


İntiqam Əliyev.
İntiqam Əliyev.

-

Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyev kasasiya şikayəti verib.

Vəkil Cavad Cavadlının APA-ya dediyinə görə, şikayətə oktyabrın 7-də Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrlik etdiyi iclasda baxılacaq.

İ.Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 7 il yarım azadlıqdan məhrum edib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında İ.Əliyevin vəkilləri prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan isə vəkillər kasasiya şikayəti veriblər.

İ.Əliyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsini siyasi motivli sayır.

«Amnesty International» təşkilatı onu vicdan məhbusu elan edib.

XS
SM
MD
LG