Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:55

Türkiyə Şərqin flamenko mərkəzi olur


Rəssam Rauf Canıbəyovun "Flamenko" rəsmindən hissə

Rəssam Rauf Canıbəyovun "Flamenko" rəsmindən hissə

- Türkiyə Şərq yarım-kürəsinin Flamenko musiqisi mərkəzi olmaq iddiasındadır. Təkcə ona görə yox ki, bu ölkədə onlarca flamenko dərnəyi var, ona görə ki, bu ölkədə hər il flmenko musiqisinə həsr olunmuş iki beynəlxalq festival keçirilir.

Ankarada artıq doqquz ildir keçirilən beynəlxalq flamenko festivalı bu il də 10-17 oktyabrda olacaq. İstanbulda isə 10-14 dekabrda.

Türkiyə Flamenko Cəmiyyəti, İspaniya Səfirliyi, İstanbul Cervantes İnstitutu kimi qurumların təşkiilatçılıq etdiyi bu festivallarda dünyanın tanınmış flamenko gitarçıları və rəqqasları iştirak edirlər.

Bu il Türkiyəyə gələn flamenko sənətçiləri arasında Livio Gianola kimi flamenko ifaçıları var.

Ankarada bu ay keçiriləcək festival Orta Doğu Texniki Universitetinin binası, Çankaya şəhər bələdiyyəsinin Müasir incəsənət mərkəzi kimi yerlərdə olacaq.

Festivallar zamanı qapalı və açıq küçə konsetləri, flamenko emalatxanaları, foto sərgiləri, film nümayişləri və s. keçirilir.

Yüzillər boyunca İspaniyada hökm sürən Fas kültürünü araşdıran flamenko tarixçiləri 18-ci yüzildə flamenkonun yoxsul insanların dərdlərini, özlərini ifadə edə bilmələri üçün çıxış yolu kimi meydana çıxdığını deyirlər.

19-cu yüzilin sonları, 20-ci yüzilin əvvəlində isə flamenko kommersiya vasitəsinə çevrilib, bu isə ispan qaraçılarının mədəniyyətini populyarlaşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG