Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:50

Bağdadda Yaşıl Zona açılır


Yaşıl Zona yaxınlığında etiraz aksiyası, 31 avqust, 2015-ci il

Yaşıl Zona yaxınlığında etiraz aksiyası, 31 avqust, 2015-ci il

-

Bağdadın güclü mühafizə olunan “Yaşıl Zonası” 12 ildən sonra ilk dəfə olaraq ictimaiyyətin üzünə açılacaq. Bunu İraqın baş naziri Haider al-Abadi oktyabrın 4-də bəyan edib.

Hələlik əraziyə giriş məhduddur, xeyli qadağalar qalır. Abadi Bağdad Beynəlxalq Zonasının qismən açıldığını bildirib. Bu, həm də baş nazirin vəd etdiyi islahatların bir hissəsidir.

“Yaşıl Zonanın açılması əhaliyə vəd etdiyimiz tədbirlərdən biridir və indi onu açırıq,” Abadi bəyanatında deyib.

Dəclə çayının qərb sahilində, 10 kvadrat kilometrlik ərazidə yerləşən bu zona 2003-cü ildə, ABŞ-ın işğalından sonra ətraf aləmdən təcrid olunub. Hazırda burada siyasi qurumlar və səfirliklər yerləşir.

İraqlılar həmişə gileylənirlər ki, rəhbərləri qorunan ərazidə yaşayır, özləri isə gündəlik zorakılıqdan, aşağı səviyyəli xidmətlərdən əziyyət çəkirlər.

Beton hasarlarına baxmayaraq, bu zona da son illər ərzində bomba və raket hücumlarına məruz qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG