Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

Hədsiz yoxsulların sayı azalır


Cənubi Afrikada yoxsulluğa etiraz aksiyası, arxiv fotosu

Cənubi Afrikada yoxsulluğa etiraz aksiyası, arxiv fotosu

-

Dünya Bankı bildirir ki, bu ilin sonunadək dünya əhalisinin 10 faizindən də azı hədsiz yoxsulluq içində yaşayacaq. Bu, ilk dəfədir baş verir.

Bankın proqnozlarına görə, dünya əhalisinin 9.6 faizi, yaxud 702 milyon nəfərin ili yoxsulluq həddindən də aşağı başa vuracağı gözlənir. Onların çoxu Saharaaltı Afrikada və Asiyada yaşayır.

2012-ci ildə bu rəqəm 12.8 faiz idi.

Dünya Bankı oktyabrın 4-də açıqladığı hesabatda Afrikada yaşayan milyonların taleyi sarıdan “böyük narahatlığını” da ifadə edir.

“Bəşəriyyət tarixində aşırı yoxsulluğa son qoya biləcək ilk nəsil ola bilərik,” Dünya Bankının prezidenti Jim Yong Kim deyib.

Bank aşırı yoxsulluğu müəyyənləşdirmək üçün yeni gəlir vahidi də təyin edib – günə 1.90 dollar. Əvvəl bu rəqəm 1.25 dollar idi.

Ötən ay dünya liderləri 15 il ərzində hədsiz kasıbçılığa son qoymaq əzmində olduqlarını bəyan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG