Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:30

-

Göygöldə (keçmiş Xanlar rayonunda) üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb.

“VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su anbarına düşüb.

Qəza nəticəsində avtomobildə olan 3 nəfər boğularaq ölüb.

Avtomobil və ölənlərin meyitləri sudan çıxarılıb.

Ölənlərdən biri 33 yaşlı Pərviz Teymurovdur. Digər iki nəfərin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG