Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:42

Assad: Suriya, Rusiya, İran və İraq koalisiyası yaranır


Suriya prezidenti Bashar al-Assad deyib ki, Suriya, Rusiya, İran və İraq terrorçuluğa qarşı birgə döyüşürlər.

Suriya prezidenti Bashar al-Assad deyib ki, Suriya, Rusiya, İran və İraq terrorçuluğa qarşı birgə döyüşürlər.

İran televiziyası Assad-a istinadən bildirib ki, bu dörd ölkənin birgə cəhdləri “praktik nəticələr” verəcək.

Suriya prezidentinin sözlərinə görə, ya bu ölkələrin alyansı uğur qazanacaq, ya da bütün Yaxın Şərq regionu məhv olacaq.

Sentyabrın 30-da Rusiya aviasiyasının Suriyadakı missiyası başlanandan bəri, bu, Assad-ın ilk çıxışıdır.

İstanbulda, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Rusiyanın hava zərbələrini “ölümcül səhv” adlandırıb.

XS
SM
MD
LG