Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:56

500-dək etirazçının qatıldığı aksiya bir neçə saat davam edib. Maraqlıdır ki, polis aksiyaya müdaxilə etməyib.

Belarus paytaxtı Minskdə yüzlərlə etirazçı ölkədə yeni Rusiya hərbi bazasının yaradılmasına qarşı aksiya keçirib.

500-dək etirazçının qatıldığı aksiya bir neçə saat davam edib. Maraqlıdır ki, polis aksiyaya müdaxilə etməyib.

Mitinqdə prezidentliyə keçmiş namizəd Mikalay Statkevich çıxış edib və ölkədə Rusiya hərbi bazasının yaradılması niyyətini pisləyib.

O deyib ki, yeni baza Ukraynaya qarşı qurulur və Belarusu Ukrayna və NATO-nun hədəfinə çevirəcək.

Sentyabr ayında Rusiya prezidenti Putin Belarusda hərbi baza yaradılmasına dair hökumət planını təsdiq edib və rəsmilərə bu istiqamətdə danışıqlara başlamaq göstərişi verib.

Hazırda Belaruda Rusiyanın iki hərbi obyekti var. Bunlar radiolokasiya stansiyası və sualtı qayıqlarla kommunikasiya mərkəzidir.

Bundan başqa Rusiya Belarusda bir neçə hərbi təyyarəsini yerləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG