Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:14

Polis: 9 nəfəri güllələyən özünü də vurub


Kollecdə atışma vaxtı arxiv fotosu
Kollecdə atışma vaxtı arxiv fotosu

ABŞ-da kollecdə 9 nəfəri güllələyən 26 yaşlı Christopher Harper-Mercer özü-özünü öldürüb. Bunu Oreqon ştatının Roseburq şəhərinin Duqlas rayonun polis rəisi John Hanlin oktybarın 3-də mətbuat konfransında deyib. Polis bildirir ki, bunu tibbi ekspertiza müəyyən edib.

Əvvəlki məlumat müstəntiqlərin ehtimalına əsaslanırdı ki, Harper-Merceri atışmada polis öldürüb.

Ölənlərin siyahısı da açıqlanıb. Onların yaşı 18-dən 67-yə kimidir. Aralarında tələbələrlə yanaşı kolleci təmizləyən xidmətçi və müəllim də var.

Harper-Mercer kollecə azı 6 silahla gəlib, onun üstündə 5 silah darağı olub. Onun motivi hələ araşdırılır.

XS
SM
MD
LG