Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:36

"Laçın"ın qabağında yenə maşın saxlanır


Laçın TM-nin qarşısı
Laçın TM-nin qarşısı

Oktyabrın 3-dəki aksiyadan sonra Laçın Ticarət Mərkəzinin qarşısında sahibləri yenə maşınlarını saxlayırlar. Ancaq satıcılar narahatdır, yol polsinin bura yenə gələcəyini düşünürlər

Nizami rayonundakı “Laçın” Ticarət Mərkəzinin qarşısında maşın saxlamaqla bağlı baş vermiş qalmaqal həll edilib.Ticarətçilər də, bura gələn müştərilər də maşınların əvvəlki kimi ticarət mərkəzinin səkisində saxlayır.

Bu haqda oktyabrın 4-də AzadlıqRadiosunun mərkəzə baş çəkən müxbirinə ticarətçilər məlumat verib.

Satıcılardan olan Seyfulla Qəribov bildirib ki, maşınların saxlanıldığı səkidə yol polisi parkomat quraşdırmaq istəyirmiş: “Hər şey bundan sonra başladı. Camaat maşın saxlamaq üçün pul verməliydi. Ya da aralıda saxlamalıydıq. Onda mallarımızı necə içəri daşıyacaqdıq? Sahibkarların çoxu malı öz maşınında gətirir. Dünən uşaqlardan bir neçəsini tutmaq da istəyirdilər, qoymadıq”.

Laçın TM-i
Laçın TM-i

ELƏ BİL, MAŞIN BAZARIDIR

Alıcılardan Rəvanə Kərimova isə deyir ki, səki boş olsa, adamların hərəkəti daha rahat olar: “Belə yol olar? Bayaqdan fırlana-fırlana qalmışıam. Elə bil maşın bazarıdır. Kimsə alver eləyir, eləsin. Ancaq qayda-qanun da yaxşı şeydir. Maşınların arasından güclə yol tapıb keçirik”.

Maşını olan alıcılar isə ticarətçilərin tərəfindədir:“Ticarətçilr düz deyir. Ona pul ver, buna pul ver. Hamı kassa qoymaq istəyir. Ancaq bu pul hardandır, onu düşünən yoxdur”.

Oktyabrın 3-də burda keçirlən etiraz aksiyası zamanı ticarətçilərlə polis arasında gərginlik yaranmışdı. Ticarətçilər deyir ki, əraziyə gələn Nizami rayon icra hakimiyyəti nümayəndələri ilə danışıqlardan sonra parkomat qoyulmamasıyla bağlı razılığa gəlinib.

Laçın TM
Laçın TM

BİR GƏLƏN POLİS BİR DƏ GƏLƏCƏK

Satıcılardan bu razılığın müvəqqəti olduğunu düşünənlər də var. Özünü Elbrus kiim təqdim edən satıcı deyir ki, yol polisi gərginliyin böyüməsindən narahat olduğu üçün onlarla razılaşıb:

“Elə bayaq uşaqlarla onu danışırdıq ki, əgər polis bura əl qoyubsa, parkomat quraşdıracaq. Dünən ara qarışmışdı. Həm də icra hakimiyyətindən də gəlmişdilər. Narazılığın artmasından çəkindilər. Bir-iki gün keçsin, gələcəklər. Ancaq onda da biz yenə haqqımızı tələb edəcəyik”.

Ərazidə yol polisləri gözə dəysə də onlar parkomat qoyulub-qoyulmayacağı haqda danışmaq istəmədilər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AzadlıqRadiosun bildirdilər ki, bazar günü olduğundan bu haqda hər hansı məlumat verə bilməyəcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG