Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:30

Suriyaya hava zərbələri artacaq


Rusiya MİQ 29-ları arxiv fotosu
Rusiya MİQ 29-ları arxiv fotosu

Suriyadakı təyyarələrinin sentyabrın 30-dan 60 dəfə uçuş etdiyini açıqlayan Rusiya hava zərbələrini bir az da intensivləşdirəcəyini bildirib.

“Biz nəinki hava hücumlarını davam etdirəcəyik, hətta onların intensivliyini daha da artıracağıq”. Rusiya Müdafiə Nazirliyinin rəsmisi general Andrey Kartapolov belə deyib.

O, hücumlarda İŞİD-in 50-dən artıq obyektinin hədəfə tuş gəldiyini söyləyib. Kartapolov təxminən 600 yaraqlının öz mövqeyini tərk edərək, Avropaya qaçmağa çalışdığını da bildirib.

Son 4 gündə Rusiyanın Suriyadakı hava zərbələri nəticəsində 8-i uşaq, 8-i isə qadın olmaqla azı 39 mülki şəxsin həlak olub.


Bu məlumatı isə Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqları Təşkilatı yayıb.

XS
SM
MD
LG