Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:58

Təhsil müdirinə 70 min dollar cərimə


Qazaxıstan məktəb
Qazaxıstan məktəb

Qazaxıstanda rüşvət almaqda ittiham olunan Terektin rayonunun təhsil şöbəsinin müdiri haqda hökm oxunub. Təhsil şöbəsinin keçmiş müdiri Svetlana Chukurova təxminən 70 min dollar (18,9 milyon tenqe) cərimə edilib.

Məhkəmənin hökmü ilə onun əmlakı müsadirə olunub, dövlət vəzifələri tutmaq hüququndan da məhrum edilib.

Rayon təhsil şöbəsinin 59 yaşlı müdiri iyunun əvvəllərində büdcə vəsaitlərinin mənimsənməsində və rüşvət almaqda şübhəli bilinib saxlanmışdı.

İstintaqın versiyasına görə, Chukurova məktəb müəllimlərinin pedaqoji attestasiyadan keçmələri üçün rüşvət alırmış.

GƏRƏK VAXTINDA ÇIXAYDI...

O, məhkəmədə ittihamları qəbul etmədiyini, təhsil şöbəsində korrupsiya hallarının baş vermədiyini deyib. Bildirib ki, rayon təhsil şöbəsində 4 il 4 aymış ki, müdir işləyirmiş:

“Mən həmişə rüşvətin və yuxarıdan zənglərin əleyhinə olmuşam. Mənim rüşvət almağım haqda şahidlər heç nə demədilər. Ötən il işdən çıxmadığıma görə çox peşmanam. O vaxt məndən xahiş etmişdilər ki, işdə qalım. Ancaq mən 115 min tenqe (təxminən 420 dollar) oğurlamaq üçün qalmadım. Heç vaxt bilməzdim ki, ezamiyyətlərdə belə etmək olar (Çukurova işçilərinin ezamiyyətə getmədikləri halda ezamiyyə xərci almalarını nəzərdə tutur). Əgər direktorları pulla təyin etsəydim, onlardan nəsə tələb edə bilməzdim. Mənsə, xəbər eləmədən gedib məktəbləri yoxlayırdım”.

YUXARIDAN ZƏNGLƏR

Təhsil şöbəsinin keçmiş müdiri korrupsiya ilə bağlı deyir ki, ona qarşı qərəzli mövqe tutublar: “Məktəb direktorları mənim otağıma elə-belə gələ bilməzdilər, çünki ilk olaraq mən onlardan bunu soruşurdum: “Bəs məktəbdə yerinizdə kim qalıb?”. Mən həmişə rüşvətin və yuxarıdan zənglərin əleyhinə olmuşam. Antikorrupsiya xidməti əməkdaşlarının dedikləri qərəzlidir. Onların məqsədi məni rüşvətxor kimi göstərməkdir. Hər kəs öz rəisindən şikayət edə bilər, ancaq ilahi ədalətdən heç kim qaça bilməz. Məhkəmədən xahiş edirəm məni əfv etsin”.

Dövlət ittihamçısı Çukurovanın 7 il 6 ay azadlıqdan məhrum olunmasını istəmişdi.

Hökm elan oluanan vaxt onun vəkili prosesdə iştirak etməyib. Məhkəmənin hökmü hələlik qüvvəyə minməyib.

XS
SM
MD
LG