Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:56

Facebook məxfilik məsələsində aldadırmı?


Arxiv fotosu
Arxiv fotosu

Facebook istifadəçilərini əmin edir ki, əgər foto və statusların məxfi saxlanması yolu seçilibsə, bu belə də olur, həm də pulsuz-parasız.

Yəqin Facebook-dan yararlanan hər kəs belə bir halla rastlaşıb ki, dostlarından bəziləri ondan konkret status göstərərək onu köçürüb yaymaq üçün yalvar-yaxar edir. Və o da deyilir ki, bunu edən şəxsin qazancı o olacaq ki, öz Facebook səhifəsində yazdıqlarının məxfiliyinin qorunması ilə bağlı heç bir abunə haqqı ödəməyəcək.

Söhbət paylaşılması istənilən iki cür statusdan gedir. Onların birində belə deyilir:

“Sentyabrın 28-i 2015-ci il saat 10:50-dən etibarən mən Facebook və ya Facebookla əlaqəli olan hər hansı təşkilata mənim bunədək olan və bundan sonrakı fotolar, məlumatlar və digər dərc etdiklərimdən istifadə etməyə icazə vermirəm. Bu bəyanatla mən Facebooka xəbərdarlıq edirəm ki, mənim profilimdə olanları aşkar etmək, köçürmək, yaymaq və bu kimi digər hərəkətlər ciddi qadağan olunur.

Bu profildə olanlar özəldir və məlumatlar konfidensialdır. Məxfiliyin pozulmasına görə qanunda cəza nəzərdə tutulur. Qeyd: Facebook hazırda ictimai olduğundan bütün üzvlər belə bir qeyd dərc etməlidirlər.

Əgər istəyirsənsə, bu mətni öz səhifənə köçürüb yerləşdirə bilərsən. Əgər belə bir bəyanat yerləşdirməsən, onda profil statusundakı məlumatlar və ya fotolar nə vaxtsa istifadə oluna bilər”.

Digər statusda isə deyilir ki, bunu yaymaqla siz Facebookdan pulsuz istifadə etməkdə davam edə bilərsiz, yəni bu xidmətdən istifadə etdiyinizə görə ödəniş etməyəcəksiz. Həmin statusun mətni belədir:

“Bu rəsmi məlumatdır! Mətbuatda da dərc olunub. Facebook-un sənin statuslarının “məxfiliyini” qoruması üçün giriş haqqı 9.10 dollardır. “Əgər siz bu elanı öz səhifənizdə yaysaz, bu sizə pulsuz təklif olunacaq, əgər yaymasaz, onda elə sabahdan sizin bütün paylaşımlarınız ictimai olacaq. Hətta pozduğunuz mesajlar və icazə vermədiyiniz fotolar da. Bütün bunlardansa, məlumatı köçürüb yaymaq çox sadədir”.

NARAHAT OLMAĞA DƏYMƏZ

Əksəriyyəti Facebookda paylaşdığı foto və mesajların məxfiliyinin qorunub-qorunmaması narahat edir. Ona görə də bu cür paylaşımlara biganə qalmayanlar da var. Amma narahat olmağa dəyməz. Facebook istifadəçilərini əmin edir ki, əgər foto və statusların məxfi saxlanması yolu seçilibsə, bu belə də olur, həm də pulsuz-parasız.

Sözügedən sosial şəbəkə bu cür şayiələrə, o cümlədən guya ki, istifadəçilərinin paylaşımlarının məzmununda dəyişiklik etməsi ilə bağlı deyilənlərə inanmamağa çağırır, “bütün bunlar yalandır” deyir.

Facebook həm də imkan yaradır ki, istifadəçi öz akauntunu pozmayınca səhifəsində olan hər şeyi görə biləsin. İstifadəçi Facebookda hər hansı paylaşım edən zaman onun məxfi saxlanıb- saxlanmaması ilə bağlı göstərişi də özü verir.

Facebook elan edir ki, bu, belə olub və olacaq da.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG