Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:05

Bağdadda azı 24 nəfər ölüb


Bağdadın Əmin məhəlləsində tördilmiş partlayışın yeri. (Arxiv)

Bağdadın Əmin məhəlləsində tördilmiş partlayışın yeri. (Arxiv)

Bu partlayışlar üçün məsuliyyəti öz üzərinə İslam Dövləti adlandırılan qruplaşma götürüb.

Bağdadda törədilmiş iki intiharçı partlayış nəticəsində azı 18 nəfərin həlak olduğu xəbər verilib.

Birinci və daha böyük partlayış Bağdadın Qədimiyyə rayonunda baş verib. Orada, polis yoxlama postunda törədilən intiharçı bomba partlayışında azı 17 nəfər həlak olub.

Polis basqın edənlərin 3 nəfər olduğunu, onlardan birinin öldürüldüyünu, ikisinin isə özlərini partlatdıqlarını bildirib.

İkinci bomba partlayışı intiharçının avtomobili ilə törədilib.

Əl-Horeyya rayonunda baş vermis bu partlayışda azı 7 nəfər öldürülüb.

Bu partlayışlar üçün məsuliyyəti öz üzərinə İslam Dövləti adlandırılan qruplaşma götürüb.

İD İraqda adətən təhlükəsizlik qüvvələrini və şiə icmasını hədəfləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG