Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:07

Sarkisian: «Amerikanın dəstəyi Qarabağ üçün önəmlidir»


Serzh Sarkisian

Serzh Sarkisian

-

Ermənistan prezidenti Serzh Sarkisian Dağlıq Qarabağa hər il göstərdiyi milyonlarla dollar yardıma görə ABŞ Konqresinə təşəkkür edib.

ABŞ-da işgüzar səfərdə olan Ermənistan prezidenti Nyu-Yorkdan Vaşinqtona yola düşüb. O, sentyabrın 30-da Beynəlxalq Raul Vallenberq Fondunun Konqresdə onun şərəfinə təşkil etdiyi qəbula qatılıb. Tədbir iştirakçıları arasında 20-dək konqresmen, o cümlədən Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin rəhbəri Ed Royce, həmçinin ABŞ-ın erməni icmasının nüfuzlu nümayəndələri də olub.

E.Royce həm də Konqresdə 94 amerikalı qanunvericini birləşdirən erməni məsələləri üzrə qrupun üzvüdür. Qrup 1995-ci ildə erməni-amerikalı lobbi qrupu kimi yaradılıb və Azərbaycanın etirazına baxmayaraq, 1998-ci ildən Dağlıq Qarabağa birbaşa 60 milyon dollar ayrılmasına nail olub.

Vəsaitin təxminən yarısı 1991-1994-cü illərdə Azərbaycan-Ermənistan münqişəsi zamanı dağılan evlərin bərpasına və humanitar əməliyyatlara xərclənib.

«BU, TƏKCƏ HUMANİTAR YARDIM DEYİL»

S.Sarkisian Vaşinqtondakı tədbirdə deyib ki, Dağlıq Qarabağa göstərdiyi humanitar yardıma görə amerikalılara və ABŞ Konqresinə böyük təşəkkür edir: «Qarabağ əhalisi üçün bu, təkcə humanitar yardım deyil, bunun mənəvi əhəmiyyəti də var».

«Diktatura yolu seçən Azərbaycanın daimi təxribatlarına baxmayaraq, Dağlıq Qarabağ Respublikası azad və demokratik dövlət qurmaq səylərini davam etdirir. Qarabağ xalqının azadlığa, öz gələcəyinə yol açmaq və demokratik cəmiyyət qurmaq əzmi sarsılmazdır» - S.Sarkisian bildirib.

Tədbirdən sonra S.Sarkisian Vaşinqtonda Amerika Erməni Assambleyasının, «Ay dat» ofisinin və Ermənistan İnqilabi Federasiyasının (Daşnaksutyun) Şərq sahili qanadının rəhbərliyi ilə görüşüb. Görüşdə prezident Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginlikdən danışıb, Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışının əsas məqamlarını diqqətə çatdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG