Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:36

İlqar İbrahimoğlu: «Seçkidə nə özümüz iştirak edəcəyik, nə də…»


Hacı İlqar İbrahimoğlu.
Hacı İlqar İbrahimoğlu.

-

«Ümumilikdə ölkədə demokratik potensial çox aşağı düşür. Hətta budəfəki seçki prosesi ilə keçəndəfəki, ondan öncəki seçkiləri müqayisə eləsək, görəcəyik ki, bu tendensiya azalan xətt üzrə inkişaf edir. Ölkədə demokratik potensialın aşağı düşməsinin bütün təzahürləri ortadadır».

Bunu «Yeni Müsavat»a müsahibəsində Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu deyib.

O bildirib ki, builki seçkidə xüsusi fəallıq göstərmək niyyətləri yoxdur: «Seçkidə nə özümüz iştirak edəcəyik, nə də kiməsə dəstək verəcəyik».

- Yəni 2 noyabrda narazılar hərəkatı olsa, siz o hərəkata qatılmayacaqsınız? Məsələn, 5 il öncə siz seçkilərin nəticəsindən yaranmış müxalif hərəkat olan İctimai Palataya rəhbərlik edənlərdən biri idiniz...

- İctimai Palatanın hekayəsi belə idi ki, ölkədəki demokratik qüvvələr bir arada toplanıb demokratik potensialı artırmaq üçün qurum yaratmışdılar. Biz onda hesab edirdik ki, orada iştirakımızın ölkənin gündəminə faydası var. Məşhur ibarəni deyim, «dünən dünəndir, bu gün bu gündür, sabah da sabahdır...». Hər günün öz hökmü var. Bu gündən sabah, ya da 2 noyabrda nə edəcəyimizi demək, hələ tezdir».

Recep Tayyip Erdoğan seçkilərdə səs verir – 7 iyun 2015.
Recep Tayyip Erdoğan seçkilərdə səs verir – 7 iyun 2015.

EYNİ GÜNDƏ EYNİ SEÇKİ ARASINDA FƏRQ

«Azadlıq» qəzeti yazır ki, noyabrın 1-də parlament seçkisi keçirilsə də, ölkədə «ölü sükutu» var: «Noyabrın 1-də Azərbaycanla yanaşı, Türkiyədə də parlament seçkiləri olacaq. Hər iki ölkəyə nəzər salanda adamda sual yaranır. Türkiyədə keçirilən seçkidirsə, Azərbaycanda keçirilən nədir, yaxud Azərbaycanda keçirilən seçkidirsə, Türkiyədə olan nədir? Bəli, təkcə qardaş ölkə ilə müqayisə aparanda görürük ki, Azərbaycanda seçkinin «s»si də yoxdur».

«Azadlıq» bunun səbəblərini seçici inamsızlığında, real müxalifətin seçkini boykot etməsində və beynəlxalq təşkilatların prosesi izləmək istəməməsində görür: «Bu gün Türkiyədə keçirilən seçkilər Azərbaycan vətəndaşları üçün daha maraqlıdır. Çünki, telekanallarda hökumətlə müxalifətin debatları, ölkə başçısının müxalifət liderləri ilə deyişməsi açıq şəkildə nümayiş etdirilir».

Rəşad Həsənov.
Rəşad Həsənov.

MƏRKƏZİ BANK BORCLANMA LİMİTİNİ ÜÇ DƏFƏ ARTIRIR

Azərbaycanın dövlət daxili borclanmasının yuxarı həddi 1.5 milyard manatdan 4.5 milyard manata qədər artırılıb.

İqtisadçıların dediyinə görə, birdən-birə borclanmanın 3 milyardlıq artımı bir sıra fəsadlara gətirib çıxara bilər. Belə ki, bazarda pul kütləsinin artımı inflyasiya təzyiqini gücləndirə bilər.

İqtisadçı Rəşad Həsənov «Bizim Yol»a şərhində bildirib ki, burada əsas məqsəd Mərkəzi Bankın növbəti dövrlərdə manatın məzənnəsinə olan riskləri nəzərə alaraq xarici valyutadakı balansı tənzimləməyə çalışmasıdır: «Növbəti dövrlərdə intervensiya xərcləri artarsa, Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə «əriməsi»ni ləngitmək məqsədilə borclanmanın limitinin artırılması kömək edə bilər.Qurum nə qədər iddia etsə də ki, manata qarşı hər hansı bir təzyiq yoxdur, eyni zamanda riskləri də gözaltına alır. Həmin risklərin qarşısını almaq üçün məhz qabaqlayıcı addımlar atır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG