Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:16

-

İranın Xarici İşlər Nazirliyi Bəhreynin Tehrandakı diplomatını «arzuolunmaz şəxs» (persona non grata) elan edib və onun ölkədən çıxmasını istəyib.

Bu ərəfədə Bəhreyn İran diplomatının Manamanı 72 saat ərzində ölkəni tərk etməsini istəmişdi.

Bəhreyn oktyabrın 1-də Tehrandakı səfirini geri çağırıb.

İki ölkə arasında diplomatik qalmaqala səbəb Bəhreynin İranı ölkəsinin təhlükəsizlik qüvvələrinə hücumda əli olmaqda ittiham etməsidir.

İran bu ittihamı rədd edir, ancaq onu da deyir ki, hər zaman Bəhreyndəki şiələrin pozulan hüquqlarının müdafiəsində olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG