Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:47

Minsk Qarabağ münaqişəsində neytrallığını bildirib


Ermənistan və Belarusun baş qərargah rəisləri Yuri Xaçaturov (solda) və Oleq Belokonev
Ermənistan və Belarusun baş qərargah rəisləri Yuri Xaçaturov (solda) və Oleq Belokonev

Belarus Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Oleq Belokonev Yerevana səfəri zamanı AzadlıqRadiosu Erməni xidmətinin suallarına cavab verib.

AzadlıqRadiosu Erməni xidmətinin Ermənistan və Azərbaycan arasında davam edən hərbi əməliyyatlara münasibət barədə sualına cavab verən Belarus Silahlı Qüvvələrinin baş qərargah rəisi general-mayor Oleq Belokonev deyib ki, Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi öhdəliklərini yerinə yetirməyə hər an hazırdır, bununla belə, neytral və sülhsevər müdafiə doktrinasına malikdir.

General Belokonev: Bizim heç bir ölkəyə ərazi iddiamız yoxdur və təbii ki, biz belə münaqişələri dəstəkləmirik

Bundan bir gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi KTMT-nin “Azərbaycanın təmas xəttindəki əməliyyatlarına” heç bir reaksiya verməməsindən narazılığını bildirmişdi.

“Belarus neytral ölkədir, sülhsevər ölkədir və bizim sülhsevər müdafiə doktrinamız var. Bizim heç bir ölkəyə ərazi iddiamız yoxdur və təbii ki, biz belə münaqişələri dəstəkləmirik. Biz çox istərdik ki, münaqişə tezliklə başa çatsın” – deyib general Belokonev.

Xəbər verilir ki, Belarus Silahlı Qüvvələri baş qərargahının rəisi cümə axşamı Ermənistana səfərə gəlib.Qonaqla Ermənistanın müdafiə naziri Seyran Ohanyan və baş qərargah rəisi Yuri Xaçaturov görüşüblər.

Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlıq və döyüş hazırlığıməsələlərini müzakirə ediblər.

Ermənistan mediası sərhəd gərginliyindən yazır

Ermənistan mediası yazır ki, Belarus Silahlı Qüvvələri komandanının Yerevana səfəri Azərbaycan və Ermənistan arasında hərbi gərginliyin artdığı vaxta təsadüf edir.

Erməni mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan ərazisindən Ermənistanın Yerasx rayonuna “soxulmaq cəhdi göstərdiyini” iddia edib.

Bildirilir ki, bu son həftələrdə Naxçıvan istiqamətində gərginliyin yaranması barədə ilk xəbərdir.

Cümə günü Ermənistan-Azərbaycan sərhədi boyunca yaranmış gərginlik barədə ABŞ-ın Yerevandakı səfiri Richard Mills də narahatlıq ifadə edib.

O deyib ki, səfir James Warlick-ləbirlikdə gərginliyin azaldılması məqsədilə Vaşinqton və Nyu-Yorkda görüşlər təşkil edib.

XS
SM
MD
LG