Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 23:52

Yəmən prezidenti Abd-Rabbu Mansour Hadi İranla diplomatik əlaqələri dayandırıb.

Bu barədə oktyabrın 2-də Aden dövlət televiziyası xəbər verib.

Həmçinin Bəhrein oktyabrın 1-də İrandakı səfrini geri çağırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələrinin əksəriyyəti İranı Yəməndəki Huti üsyançılarını dəstəkləməkdə günahlandırırlar.

İran ittihamı rədd edir.

Hazırda Yəmənin paytaxtı Sanaa da daxil olmaqla ölkənin bir çox əyalətləri şiə üsyançıların nəzarətindədir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya vaxtaşırı üsyançıların mövqelərinə zərbələr endirir.

Bu yaxınlarda isə liman şəhəri olan Aden üsyançılardan alınıb və Səudiyyə Ərəbisyanında mühacirətdə olan Yəmən höküməti şəhərə dönüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG