Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:37

-

Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə tətbiq olunan vergi güzəştləri məhdudlaşdırıla və ya ləğv edilə bilər.

Turanın məlumatına görə, bunu oktyabrın 2-də maliyyə naziri Samir Şərifov Milli Məclisdəki komitələr tərəfindən keçirilən 2016-cı il dövlət büdcəsi layihəsinin müzakirəsində deyib.

O qeyd edib ki, yaxın 4 il ərzində qeyri-neft gəlirlərinin büdcədə xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, müxtəlif sahələrdə vergi və gömrük ödənişləri üzrə tətbiq olunan vergi güzəştlərinin məhdudlaşdırılması və yaxud ləğv edilməsi nəzərdə tutulur.

Nazir həmçinin qeyd edib ki, ictimai iaşə, ticarət və inşaat sektorunda mövcud vergilərin sadələşdirilməsi və bununla sahibkarlığa təkan verərək dövlət büdcəsinə gəlirlərin artırılması kimi tədbirlər nəzərdə tutulur.

O bunların büdcə-fiskal siyasətində nəzərdə tutulan əsas tədbirlərdən olduğuunu vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG